Ərdoğan zəlzələdən dərhal sonra… – 1 saatlıq iclas

Ərdoğan zəlzələdən dərhal sonra... - 1 saatlıq iclas
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələdən dərhal sonra İstanbula gedib və iclas keçirib.

Globalinfo.az xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.

İclas təxminən 1 saat davam edib. Prezidenti ziyarət zamanı AKP sədr müavini və partiya sözçüsü Ömər Çəlik, eləcə də Prezidentin Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun müşayiət edib.

İclasdan sonra Ərdoğan ictimaiyyətə açıqlama verib.

“Günorta saatlarından etibarən apardığımı axtarış tədbirləri nəticəsində zəlzələnin hiss edildiyi şəhərlərdə ciddi və narahatlıq yaradacaq vəziyyət müşahidə olunmur”, – o bildirib.

Türkiyə Prezidenti aidiyyəti qurumların 24 saatlıq rejimə keçdiyini və xalqın xidmətində durduğunu bildirməklə vətəndaşları narahat olmamağa çağırıb. Bundan başqa, zəlzələnin təsirlərini minimuma endirmək üçün görülən və görüləcək tədbirlərin də müzakirə edildiyini deyib.

Bundan başqa, Türkiyə lideri zəlzələ zamanı insan itkisinin olmadığını da vurğulayıb.

Aysel Əliyeva
Globalinfo.az