
Bakı-Qazax magistral yolunda zəncirvari qəza baş verib.
Globalinfo.az xəbər verir ki, hadisə Qaradağ rayonu ərazisində – Lökbatan dairəsi yaxınlığında baş verib. Yolun sürüşkən olması səbəbindən sürətlə hərəkətdə olan 6 avtomobil toqquşub.
Nəticədə maşınların bəziləri tamamilə yararsız hala düşüb.
Hadisə yerindən çəkilən görüntüləri təqdim edirik:
Malik
Globalinfo.az