“Fox News”un Pasxa yayımında Kiyevi “Rusiya şəhəri” kimi təqdim etməsi Ukraynanın sərt reaksiyasına səbəb olub.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin sözçüsü Georgi Tixinin X sosial şəbəkəsində paylaşım edib.
XİN-in sözçüsü Georgiy Tixiy, sosial şəbəkə paylaşım edərək, əgər bu hadisə səhv idisə, Fox News-un rəsmi üzr istəməsi və məsul şəxsin müəyyən olunaraq cəzalandırılması üçün araşdırma aparılmasının vacibliyini vurğulayıb.
Hadisə, Fox News-un Kiyevdəki Müqəddəs Mixayıl Qızılgümüş Kilsəsindən və Moskvadakı Xilaskar Məsih Kilsəsindən Pasxa ayinlərini eyni vaxtda yayımladığı zaman baş verib. İlkin olaraq, Kiyevdən olan yayım “Kiyev, Ukrayna” kimi təqdim edilsə də, qısa fasilədən sonra bu yazı “Kiyev, Rusiya” olaraq dəyişdirilib və bu səhv təxminən 30 dəqiqə davam edib.
Bu hadisə, Ukrayna ictimaiyyətində və beynəlxalq mediada geniş rezonans doğurub və Fox News-un bu səhvi, Ukraynanın suverenliyinə qarşı hörmətsizlik kimi qiymətləndirilib.
Qeyd edək ki, Amerika Birləşmiş Ştatlarının Fox News telekanalı, Pasxa bayramı münasibətilə Kiyevdə keçirilən dini ayini yayımlayarkən, Ukraynanın paytaxtını “Kiyev, Rusiya” kimi təqdim edib. Bu hadisə Ukrayna Xarici İşlər Nazirliyinin (XİN) kəskin etirazına səbəb olub.
***10:45
ABŞ-ın məşhur “Fox News” televiziyasının Pasxa bayramı münasibətilə Vatikan, Rusiya və Ukrayna kilsələrindən yayımladığı görüntülərin təqdimatı böyük rezonans doğurub.
Globalinfo.az xəbər verir ki, televiziya eyni anda Vatikan, Moskva və Kiyevdən canlı görüntülər təqdim edib.
Ekranda üç ayrı pəncərədə verilən görüntülərdə Ukraynanın paytaxtı rus şəhəri kimi qeyd edilib və “Kiyev, Rusiya” yazılıb.
Sözügedən görüntülər dünya ictimaiyyətində birmənalı qarşılanmayıb və narazılığa səbəb olub.

Əliyar Xəlil
Globalinfo.az