Kim Çen İn ordunun əməliyyat qabiliyyətinin artırılması göstərişini verib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Haber Global”ın saytındakı yazıda qeyd olunur.
Rəsmi Pxenyanın verdiyi məlumata görə, Kim yüksək rütbəli komandirlərdən xüsusi təyinatlıların döyüş hazırlığı barədə məlumat alıb, snayperlərin atəş təlimlərini izləyib.
Çıxışında xüsusi təyinatlılara ordunun xüsusi əməliyyat imkanlarını gücləndirməyi tapşıran Şimali Koreya lideri deyib: “Döyüş meydanında qələbəni təmin etmək üçün real savaş qabiliyyəti intensiv təlimlərlə gücləndirilməlidir. Bu, vətənpərvərliyin və ölkəyə sədaqətin ən canlı ifadəsidir”.
Şimali Koreya lideri Kim Çenin xüsusi təyinatlı hərbi birləşmələrin təlimlərini izləməsi və ordunun əməliyyat imkanlarını artırmaqla bağlı göstəriş verməsi Cənubi Koreya Prezidenti Yun Sok Yolun elan etdiyi hərbi vəziyyət səbəbilə vəzifədən uzaqlaşdırılmasının ardınca baş verib. Bu, siyasətçilər tərəfindən Seul rəhbərliyinə “gözdağı” kimi şərh edilib.
Rəsmi Seul Pxenyanın bu mərhələdə regionda sabitliyi pozmağa yönəlik addımlar ata biləcəyindən ehtiyatlanır.
Aysel Əliyeva
Globalinfo.az