
Globalinfo.az Publika.az-a istinadən xəbər verir ki, Putin Qərb ölkələrinin Rusiyaya qarşı münasibəti səbəbindən Arktikada əməkdaşlıq imkanlarının zədələndiyini bildirib.
“Rusiya Arktika bölgəsində heç kimi təhdid etmir, lakin orada öz suverenliyini qorumağa hazırdır”, – deyə o söyləyib.
Putin Arktika bölgəsində dost ölkələrlə ortaq layihələr inkişaf etdirmək istədiklərini və qapılarının Qərb ölkələrinə açıq olduğunu qeyd edib.
Prezident ABŞ-ın Qrenlandiya məsələsində atdığı son addımları da dəyərləndirib: “Bu planlar uzun müddətdir davam edən tarixi köklərə sahibdir. Aydındır ki, ABŞ Arktika bölgəsindəki geostrateji, hərbi, siyasi və iqtisadi maraqlarını sistemli şəkildə prioritetləşdirməyə davam edəcək”.
Putin həmçinin hadisələrin ABŞ və Qrenlandiya arasında olduğu üçün Rusiyanı maraqlandırmadığına işarə edib: “Bunun ABŞ-ın yeni rəhbərliyinin şişirdilmiş çıxışı olduğuna inanmaq çox yanlışdır. ABŞ-ın Qrenlandiya ilə bağlı ciddi planları var”.