ABŞ-da daha bir atışma: ölən və yaralananlar var

ABŞ-da daha bir atışma: ölən və yaralananlar var

ABŞ-ın Nyu-Meksiko ştatında silahlı insident olub.

Globalinfo.az xəbər verir ki, Yanq Parkında baş verən atışmada 3 gənc ölüb, 15 nəfər yaralanıb.

Polisin məlumatına görə, hücum yerli vaxtla saat 10 radələrində başlayıb və iki qrup arasında mübahisə zəmnində baş verib.

Bildirilib ki, öldürülənlərdən iki nəfər 19 və biri 16 yaşında olub. Onların kimliyi hələlik açıqlanmayıb.

Xəsarət alanlar arasında 16-36 yaş arası insanların olduğu qeyd edilib.

Hücumla bağlı hələ heç kim həbs olunmayıb.

Qeyd edək ki, bu, 2025-ci ildə ABŞ-da baş verən 53-cü silahlı insidentdir.

Günay Rəsulqızı
Globalinfo.az