İrəvan Bakının sülh sazişi üzrə mətnini qəbul etdi – Təcili

İrəvan Bakının sülh sazişi üzrə mətnini qəbul etdi - Təcili

“Azərbaycan-Ermənistan arasında sülh sazişinin mətni ilə bağlı artıq danışıqlar prosesi yekunlaşıb”.

Globalinfo.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, son açıq qalan iki maddəni Ermənistan artıq qəbul etdiyini bizə çatdırıb:

“Mətn üzrə işlər yekunlaşıb. Sonrakı mərhələdə artıq Ermənistanın Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları aradan qaldırılmalıdır. Əlavə olaraq Minsk Qrupu və onun qalıqlarının da ləğv olunması həyata keçirilməlidir”.