ABŞ Prezidenti Donald Tramp ABŞ Təhsil Nazirliyinin və təhsilinin dünyanın ən pisi olduğunu deyib.
Globalinfo.az xəbər verir ki, o, bu barədə “Fox News” telekanalına müsahibəsində bildirib.
Trampın bəyanatı onun ABŞ Təhsil Nazirliyini ləğv etmək niyyətinə şərh olunub.
“Biz məktəbləri ştatlara qaytarmaq istəyirik, çünki biz sözün həqiqi mənasında dünyanın ən pis Təhsil Nazirliyinə və təhsilinə sahibik”,- deyə Tramp qeyd edib.
Eyni zamanda Tramp əmin olduğunu bildirib ki, ştatların özləri məktəbləri dünyanın ən yaxşı təhsil nazirliklərindən heç də pis idarə etməyəcəklər.