vTKU1NT2NQUVxxDSBpl692EXf99VViBXl4JUHNTl 1200

“Enerji sahəsində strateji layihələr reallaşdırmaqda Can Azərbaycan ilə tam ahəng içindəyik”.

Globalinfo.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Feysbuk sosial şəbəkə hesabında Azərbaycan Prezidenti İlham Əliyevin Ankaraya səfəri çərçivəsində İğdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılışı barədə yazarkən qeyd edib.

“Qaz kəməri Naxçıvanla talelərimizin bir olduğunun nişanəsi olacaq. Naxçıvanın enerji təhlükəsizliyini uzun illər ərzində təmin edəcək bu layihəni qardaşımla birlikdə ölkələrimizə qazandırdıq. Azərbaycan Prezidenti İlham qardaşımla birlikdə enerji sahəsində əməkdaşlığımıza yeni bir layihə əlavə etməkdən çox məmnunuq” , – deyə Türkiyə lideri yazıb.

Eyni zamanda, Rəcəb Tayyib Ərdoğan İlham Əliyevlə səmimi fotolarını da paylaşımına əlavə edib.

 

Paylaş: