ABŞ-da daşqın qurbanlarının sayı artır

ABŞ-da daşqın qurbanlarının sayı artır

ABŞ-da daşqın zamanı həyatını itirənlərin sayı 10-a yüksəlib.

Globalinfo.az xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.

Həftəsonundan başlayan güclü yağışın səbəb olduğu daşqın daha iki nəfərin həyatına son qoyub. Bununla da son bir neçə gün ərzində təbii fəlakət səbəbindən həyatını itirənlərin sayı 10-a yüksəlib.

Qeyd edək ki, daşqın səbəbindən ABŞ-ın bir neçə şatında yüz minlərlə ev və iş yerlərində elektrik enerjisi kəsilib. Hazırda xilasetmə və təxliyə işləri davam etdirilir.

Aysel Əliyeva
Globalinfo.az