![]()
“Qurani-Kərim”i yandırmaqla məşhurlaşan iraqlı mühacir Salvan Momika mənzilində güllələnərək öldürülüb.
Globalinfo.az xəbər verir ki bu barədə İsveç mətbuatı məlumat yayıb.
S.Momika Stokholmun cənubundakı Södertälje şəhərindəki mənzilində meyitinin tapıldığı bildirilir. Məlumata görə, polislər ilkin olaraq atışma səsi eşdiblər, daha sonra hadisə yerinə gəldikdə fəalın güllələnmiş cəsədini tapıblar.
Mühacir fəal qətldən bir neçə dəqiqə əvvəl canlı yayım açıb. Bu zaman naməlum şəxs və ya şəxslər onun evinə daxil olaraq atəş açıblar. Momika həyatını itirsə də, canlı yayım davam edib. Mənzilə gələn polislər telefonu söndürüblər.
Qeyd edək ki, Salvan Momika İsveçdə bir neçə dəfə “Qurani-Kərim”i və Fələstin bayrağını yandırıb.
Əliyar Xəlil
Globalinfo.az














