Yeni prezident Donald Trampın fərmanına baxmayaraq, Ukrayna razılaşdırılmış proqram əsasında ABŞ-dan yardım almağa davam edir.
Globalinfo.az xəbər verir ki, bu fikir Ukrana Prezidenti Volodimir Zelenskinin açıqlamasında yer alıb.
“Bilirəm ki, dünyadakı bütün qurumlar üçün humanitar yardım məhdudlaşdırılıb, lakin mənim bütün diqqətim hərbi yardımdadır. O isə dayandırılmayıb”, – deyə Zelenski qeyd edib.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp yanvarın 20-də müxtəlif qrant təşkilatlarına 30 ödənişin 3 ay müddətinə dayandırılmasını nəzərdə tutan fərman imzalayıb.
Əliyar Xəlil
Globalinfo.az