İranda hərbi təyyarə qəzaya uğradı

İranda hərbi təyyarə qəzaya uğradı

İran Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Həmədan vilayətində qəzaya uğrayıb.

Globalinfo.az xəbər verir ki, məlumatı Həmədanın yeri icraedici hakimiyyəti yayıb.

Qəzadan sonra təyyarədəki iki pilotun sağ qaldığı bildirilib. Onların katapult sayəsində xilas olduğu vurğulanıb.

İran rəsmi dairələri təyyarənin növü və markasını açıqlamayıblar.

Qeyd edək ki, bundan öncə İranın Rusiyadan yeni Su-30 qırıcıları alması ilə bağlı məlumat yayılıb. Bununla belə, ölkənin hərbi hava qüvvələrinin böyük hissəsi köhnə təyyarələrdən ibarətdir. Onların əksər hissəsini ABŞ-ın F-4 və F-5-ləri təşkil edir. İran özünün “Kövsər” adlı təyyarəsini istehsal etdiyini desə də, onun F-5-lərin modernizasiya edilmiş versiyası olduğu üzə çıxıb.

Əliyar Xəlil
Globalinfo.az