Ötən gün Ermənistanın hakim Mülki Müqavilə Partiyasının iclasında dava olub.
Globalinfo.az xəbər verir ki, bu barədə “Armlur” məlumat yayıb.
Partiyanın parlamentdəki deputatlarından Ayk Sərkisyan və Tavuş vilayətinin qubernatoru Qalumyanın iclasda mübahisə etdikləri bildirilir. Məlumata görə, Sərkisyan Tavuşda ekoloji vəziyyətin biabırçı olduğunu, ağacların qanunsuz şəkildə kəsildiyini deyib. O, məsələdə qubernatorun günahlandırıb. Beləliklə Qalumyan qəzəblənib və onlar arasında mübahisə başlayıb. Hər ikisi bir-birini təhqir edib, daha sonra mübahisə əlbəyaxa dava ilə nəticələnib.
Bunu görən Ermənistanın Baş naziri, partiyanın sədri Nikol Paşinyan isə əsəbiləşib və iclası tərk edib.
Ayşən Mustafa
Globalinfo.az