
Azərbaycandan göndərilən 200 ton ərzaq məhsulu daşıyan 10 yük maşını Suriyaya daxil olub.
Globalinfo.az xəbər verir ki, bu barədə “Haber Global” telekanalının yayımladığı süjetdə deyilir.
Yardım maşınları sərhəd-keçid məntəqəsindən keçdikdən sonra ərzaq məhsulları boşaldılaraq Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) logistika anbarlarına göndərilib.













