“Nikol Paşinyanın Ağrı dağı ilə bağlı təbliğatı Türkiyənin tələbidir. O bunu aqressiv şəkildə həyata keçirir”.
Globalinfo.az xəbər verir ki, bu sözləri “Ana Ermənistan” hərəkatının lideri Andranik Tevanyan deyib.
“Yeri gəlmişkən, Türkiyə həmişə, SSRİ dövründən bəri Ağrı dağı mövzusuna diqqət edib. Türklər “futbol diplomatiyası” zamanı da (2008-ci ildə) Ağrı dağı mövzusunu xatırladılar. Bir gecənin içində millimizin formasından Ağrı dağı şəkli olan emblem yoxa çıxdı. Futbolçularımız sinələrinə anlaşılmaz “loqo” taxaraq “Hrazdan” stadionunda meydana çıxdılar”, – o bildirib.
Safura Bənnayeva
Globalinfo.az