“Güclü Ermənistan” parlament fraksiyasının katibi Tiqran Abrahamyan qondarma “erməni soyqırımı”nın beynəlxalq səviyyədə tanınmasının ölkənin gündəliyində qalmalı olduğunu bildirib.
Globalinfo.az xəbər verir ki, o, bu barədə parlamentdə çıxışı zamanı danışıb.
“Erməni soyqırımı”nın beynəlxalq səviyyədə tanınması Ermənistanın gündəliyində olmalıdır. Sabah və ya birigün deyə bilərlər ki, “soyqırımı”ndan danışsaq, bu və ya digər hadisə baş verəcək. Hətta deyə bilərlər ki, “Gəlin Matenadaranı (Mesrop Maştots adına Əlyazmalar İnstitutu – red.) sökək, yoxsa müharibə olacaq”, – deputat qeyd edib.
T.Abrahamyan gələcəkdə milli kimliyin müxtəlif elementlərinin dəyişdirilməsinin də gündəmə gətirilə biləcəyini istisna etməyib.
“Artıq Ağrı dağından imtina tendensiyası gedir”, – deputat vurğulayıb.
Əliyar Xəlil
Globalinfo.az