a6936f12 e02a 48fb 8e47 9bd74d545e66

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan işlərin monitorinqi keçirilib.

Globalinfo.az xəbər verir ki, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 11-ci ərazi sektorunun müdiri Elvin Azadəliyev rayon ərazisində fəaliyyət göstərən aqroparklara, iri fermer təsərrüfatlarına və yeni intensiv meyvə bağlarına baxış keçiriblər. Baxışın keçirilməsində əsas məqsəd dövlət proqramlarının icrası, rayonun aqrar potensialının artırılması, intensiv kənd təsərrüfatı texnologiyalarının tətbiqi və istehsal göstəricilərinin yerində qiymətləndirilməsidir.

Baxış zamanı rayonda kənd təsərrüfatının inkişafı, məşğulluğun təmin edilməsi və istehsal həcminin artırılması istiqamətində aidiyyəti məsul şəxslərə müvafiq tapşırıq və tövsiyələr verilib.

f24473af cb39 4531 9943 cedb550bc7fb dcb9a6a3 2d37 413c 848e 7780810ec91b c59a1099 f953 41c4 abd2 b4ca002faf01 bb9dbd57 f9fc 48f2 904e 3fb57a907be5 ba47147f 007d 4b12 bc51 20af4de95810 a21d86c3 2ab6 46d6 a134 9aed72a8d8c6 306d974a 703d 4ad7 a3e7 e673dfafe285 35bc5bef fdd2 4280 85ac 294ed3c1810d 23e17bb2 81e0 46e9 92e5 21c3649e2866 9b1d4130 1c34 4385 93de 0ff14fc2902d 0ed80ad5 792f 4cb7 b492 a5137bc45c37 0cc62406 68ec 44f5 9aa2 600b7c526b62

Paylaş: