Rusiya Dövlət Dumasının deputatı Vitali Milonov Böyük Britaniyanın keçmiş Baş naziri Boris Conson haqqında sərt ifadələr işlədib.
Globalinfo.az xəbər verir ki, Milonov “Moskva Danışır” radiostansiyasına müsahibəsində Consonu “tamamilə əclaf” və “axmaq” adlandırıb. Rusiyalı deputat keçmiş baş nazirin artıq Britaniya cəmiyyətinin etimadını itirdiyini iddia edib.
“Onun sözlərinə dövlət kontekstində yanaşmaq mənasızdır. Çünki o, artıq öz xalqının etimadını itirmiş bir zibildir”, – deyə Milonov bildirib.
Deputat, həmçinin Boris Consonun Ukraynada səfər etdiyi “Flamingo” raket zavodunun Rusiya kəşfiyyatı tərəfindən müəyyən ediləcəyinə ümid etdiyini söyləyib. Milonov həmin obyektin Rusiya tərəfindən zərbəyə məruz qala biləcəyinə dair fikirlər səsləndirib.
Tahir Turan
Globalinfo.az