Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İslam ölkələrini İsrailin bölgədəki təcavüzkar hərəkətlərinə görə beynəlxalq təcrid prosesinə rəhbərlik etməyə çağırıb.
Globalinfo.az xəbər verir ki, Ərdoğan bunu Qahirədə İslam Səkkizlik Qrupunun (D-8) sammitində bəyan edib.
O, Ankaranın BMT-də İsrailə qarşı silah embarqosu tətbiq etmək təşəbbüsünü xatırladıb. Buildirib ki, bu təşəbbüs 52 ölkə və 2 beynəlxalq təşkilat tərəfindən dəstəklənib.
“İsrailin Suriyanın və bütün regionumuzun sabitliyini təhdid edən qeyri-qanuni hərəkətlərinə daha qətiyyətlə cavab verməliyik. İsrailə qarşı lazım olan addımlar atılmalıdır. İsrailə silah embarqosu tətbiq etmək və onunla ticarəti dayandırmaq vacibdir”, – deyə Ərdoğan vurğulayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az