(Foto şərtidir)
Ermənistan-Türkiyə sərhədində iki ölkənin müvafiq qurumları arasında ötən ay keçirilən görüşlə bağlı rəsmi açıqlama verilib.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan danışıb.
O belə bir görüşün baş tutduğunu rəsmi şəkildə açıqlayıb.
“Görüşdə Axurik dəmir yolu sərhəd keçid məntəqəsinin bərpası üçün lazımi texniki ehtiyaclar qiymətləndirilirdi. Müzakirə müsbət və konstruktiv keçdi. Başqa detalları açıqlaya bilmərəm”, – Rubinyan qeyd edib.
Xatırladaq ki, sözügedən görüşlə bağlı daha əvvəl ətraflı məlumat vermişdik. Məqaləyə keçid edərək detallarla tanış ola bilərsiniz.
Ayşən Mustafa
Globalinfo.az