Niyaməddin Musayev ölkənin gündəminə düşən o ifadan danışdı – VİDEO

Xəbər verdiyimiz kimi, “Səs Azərbaycan: Doğma nəğmələr” yarışmasının final mərhələsində qonaq qismində çıxış edən “Dərviş” band qrupunun “Dünya sənin, dünya mənim” mahnısını ifası sosial şəbəkələrdə maraqla qarşılanıb.

Qrup bir müddət əvvəl mahnının hazırlığı müddətində Azərbaycan Respublikasının Xalq artisti Niyaməddin Musayevlə görüşüb və onun xeyir-duasını alıb. Görüşdə müğənni Elnarə Xəlilova da iştirak edib. Niyaməddin Musayev bu zaman mahnını “Dərviş” band ilə ifa edib, onlarla səmimi söhbət aparıb.

Xalq artisti Globalinfo.az-a açıqlamasında qrupun “Səs Azərbaycan: Doğma nəğmələr”dəki ifası ilə bağlı fikirlərini bölüşüb:

“Dərviş” band ilə görüşüb, mahnını birlikdə ifa etmişik. Qrupun bu mahnını yeni tərzdə ifa etməsini çox bəyəndim. Onlara uğur olsun”.

“Dərviş” band “Dünya sənin, dünya mənim” mahnısının yeni janrda ifasının yaxın zamanlarda bütün musiqi plaformalarında yayımlanacağını bildirib. Bununla yanaşı mahnının Niyaməddin Musayevlə duet versiyası da əlavə olaraq təqdim ediləcək.

Ayşən Mustafa
Globalinfo.az