oWCtPVZu07Go9EX8FnY4zhwo5oqhFbA2es5bkhe6 1200

Türkiyə hava limanlarında pasport nəzarəti üçün istifadə edilən POLNET polis sisteminin nasazlığı səbəbindən problem yaranıb.

Globalinfo.az Oxu.az-a istinadən xəbər verir ki, noyabrın 26-da minlərlə sərnişinin pasport nəzarətindən keçə bilmədiyi və bu səbəbdən hava limanlarında uzun növbələrin yarandığı bildirilir. Antalya və İstanbul hava limanlarından uçuşlar 30-40 dəqiqə, hətta bir saat gecikib.

Problemlə bağlı sərnişinlərə səsgücləndirici vasitəsilə məlumat verilib. Bir müddət sonra nasazlıq aradan qaldırılıb.

Paylaş: