anar isgenderov

“2025-ci ilin büdcə müzakirəsi tarixi günlərə təsadüf edir. Azərbaycan COP29 sammitinə ev sahibliyi etməyə nail oldu. Çox sayda xarici qonaqlar, dövlət başçıları bu sammitdə iştirak etdi. Həmin qonaqlara Azərbaycanın 44 günlük müharibədə necə qalib gəldiyi maraqlı idi. Bu qələbə Azərbaycan Silahlı Qüvvələrinin gücü, Ali Baş Komandanın şücaəti sayəsində qazanıldı”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında deputat Anar İskəndərov deyib.

“2025-ci il üzrə təhsil xərclərinə 4 milyard 946 milyon manat vəsait ayrılıb. Bu rəqəm 2024-cü illə müqayisədə 395.7 milyon manat, 2023-cü illə müqayisədə 821 milyon manat təşkil edir. Bu məbləğin dövlət büdcəsi qarşısında xüsusi çəkisi 12 faizdir.

2025-ci ilin dövlət büdcəsindən müəllimlərin sertifikasiya imtahanı üçün 154 milyon manat ayrılacaq”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: