sefr

Rusiyanın Kiyevə gözlənilən hava hücumu səbəbindən ABŞ, İspaniya, İtaliya və Yunanıstan buradakı səfirliklərini bağlayıblar.

Globalinfo.az xəbər verir ki, bu iddia ilə ABŞ Milli İctimai Radiosu (NPR) çıxış edib.

Qeyd edək ki, Kiyev və Ukraynanın daha 5 regionunda hava hücumu xəbərdarlığı elan edilib. Rusiyanın hava məkanında isə aktivlik müşahidə olunur. Ukraynada bəzi hədəflərin yaxın saatlarda bombardman ediləcəyi gözlənilir.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: