uzak sehir

Türkiyədə bu həftənin bazar ertəsi ilk bölümü yayımlaman “Uzak Şehir” serialı bir sıra rəsmilər tərəfindən etirazla qarşılanıb.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Mardin şəhərində çəkilən və tanınmış simalar Ozan Akbaba və Sinem Ünsalın baş rollarını oynadığı serialın yayımdan çıxarılması tələb edilir.

Məsələ Türkiyə Böyük Millət Məclisinə qədər gedib çıxıb. Rifah Partiyasının sədr müavini və İstanbul millət vəkili Doğan Bekin serialda yer alan bəzi səhnələrin Mardin mədəniyyəti ilə uyğun gəlmədiyini bildirib. Doğan Bakar Məclisdəki çıxışında xüsusilə ilk bölümdə yer alan yas mərasimində havaya atəş açılması səhnəsindən hiddətlənib. O, “bizim belə adətimiz yoxdur!” – deyərək, serialın dərhal efirdən uzaqlaşdırılmasını tələb edib.

WhatsApp%20Image%202024 11 16%20at%2015 54 07

Serialın yayımlandığı Kanal D-dən isə hələ ki, açıqlama verilməyib.

Qeyd edək ki, “Uzak Şehir” Livan serialı “Al Haybe”nin əsasında çəkilib.  Sezen Aksu seriala özəl olaraq “De Mardin” adlı mahnı yazıb. Serialın ikinci bölümünün anonsu da artıq müzakirə mövzusuna çevrilib. Qəzada əri həlak olan xanım qəhrəmanın qaynı ilə evləndiriləcəyi planlaşdırılır. Bu ideya da bir çox izləyicilər və mardinlilər tərəfindən birmənalı qarşılanmayıb.

 

WhatsApp Image 2024 11 16 at 15.55.31 1
WhatsApp Image 2024 11 16 at 15.55.32
WhatsApp Image 2024 11 16 at 15.55.32 1
WhatsApp Image 2024 11 16 at 15.55.31
462560409 383389914769327 6098984359852124969 n

Paylaş: