essas

Tbilisidə “Gürcüstan-Azərbaycan Gənclərinin “Networking” Forumu keçirilib.

Globalinfo.az bildirir ki, Gürcüstanın paytaxtı Tbilisdə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyi və M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Mizeyinin birgə təşkilatçılığı ilə “Gürcüstan-Azərbaycan Gənclərinin “Networking” Forumu keçirilib.

bec4f3dc 7d75 4a82 8b2b 5b060026a873

Tədbirdən öncə Bakıdan Forum üçün Gürcüstana səfər edən heyət Ulu Öndər Heydər Əliyevin Tbilisi şəhərində ucaldılan abidəsini ziyarət ediblər.

91f4f8ef 17aa 4e18 80f3 3162f0303b7e scaled

Forum tanınmış jurnalist Xanlar Mehdiyevin aparıcılığı ilə öz işinə başlayıb.

625b423b acbc 4df1 901a 0609565047a6 scaled

Tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanların xatirəsi ehtiramla anılıb.

0126fab7 bbe4 46cc b6df f9846c1af5cf scaled

Sonra Azərbaycanın və Gürcüstanın dövlət himnləri səsləndirilib.

Layihənin rəhbəri, Qızılbaş” GMİB-nin icraçı direktoru Aqil Ələsgər açılış çıxışı edərək Azərbaycan və Gürcüstan arasındakı tarixi bağlardan söz açıb.

5128d221 66a6 4cad 9f84 6b9215979905 scaled

2024-cü ilin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” elan olunduğunu qeyd edərək, Azərbaycanın tarixi tədbir olan COP29-a ev sahibliyi etməsinə sayılı günlər qaldığını bildirən Aqil Ələsgər vurğulayıb ki, rəsmi Bakı tədbirə tam hazırdır.

3a20d330 cb93 4965 8512 c6da7463873f scaled

Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev çıxış edərək ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətlərinini inkişafı barədə məlumat verib, əlaqələrimizin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini diqqətə çatdırıb.

Sonra diplomat, COP29 barədə ətraflı məlumat verib. Bildirib ki, bu mötəbər tədbirin keçirilməsində dövlət orqanları ilə yanaşı, qeyri-hökumət təşkilatlatları da səylə çalışırlar.

1163fac9 227c 4b1f 9b6d fe3f21918d51 scaled

Daha sonra Gənclər və İdman Nazirliyinin sektor müdiri Elşən Qəhrəmanov və Azərbaycan Mədəniyyət Mərkəzinin direktor müavini Leyla Əliyeva çıxış edərək COP29-un önəmi və Azərbaycan gənclərinin beynəlxalq tədbirlərdə iştirak təcrübələri ilə bağlı danışıb, Azərbaycanla Gürcüstan arasındakı siyasi və mədəni əlaqələrin inkişafına gənclərin qatqısından bəhs ediblər.

a70484ff e145 40a9 90ce fd7036810acd scaled

Daha sonra Azərbaycan-Gürcüstan əlaqələrindən bəhs edən qısa film nümayiş olunub.

16e360a5 9c85 480d 9362 0a2c6f53e9ab scaled

“Gənclərin Təşəbbüsü və İnkişafına Dəstək” İctimai Birliyinin sədri Toğrul Allahverdiyevin moderatorluğu ilə Gürcüstan-Azərbaycan Gənclərnin “Yaşıl dünya naminə” panel iclası olub.

673344f8 cd2d 4b03 aaef 46e17078bb73 scaled

Paneldə gürcü analitik, Gürcüstan Yaxın Şərq və Qafqaz Tədqiqatları İnstitutunun direktoru Vasili Papava, jurnalist -araşdırmaçı Lika Jorjoliani, “Aktual.ge” saytının baş redaktoru İlkin Hüseynov və Beynəlxalq Qara Dəniz Universitetinin İdarə Heyətinin üzvü, professor Aygül İsayeva ölkələrarası əlaqələrin gənclərə sirayət etdirilməsi, gənclərin şəbəkələşmə potensialının gerçəkləşdirilməsi ilə bağlı müzakirə aparıblar.

70cc7510 ff1c 46f5 811c 5a83348a1a74 scaled

Sonda çıxışçılara plaket təqdim olunub və xatirə şəklinin çəkilməsi ilə Forum öz işini yekunlaşdırıb.

Qeyd edək ki, forum çərçivəsindı gürcüstanlı soydaşlarımızla da görüş keçiriləcək.

5f791065 ca8d 4ecc b927 562c2ad9c24c scaled
d26d35ab 441c 4544 9819 094af2976ec2 scaled
sk 1
sk 2

Xatırladaq ki, forum Gənclər və İdman Nazirliyi tərəfindən gənclər təşkilatlarının fəaliyyətlərinin dəstəklənməsi məqsədi ilə 2024-cü il üzrə elan edilmiş qrant müsabiqəsi çərçivəsində keçirilib.

ee0604c8 b589 4f4b 8e5e 70d1433763e0 scaled a3a8e579 bb68 4b84 befd 975aeaea2f42 scaled 3046c789 2f50 4a3d a1c4 c207b327ec27 scaled 8521eabd 4c02 4768 8045 9d737658b8d1 scaled

Paylaş: