Globalinfo.az xəbər verir ki, bunu Azərbaycan Dəmir Yolları QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev deyib.
B.Hacıyev onu da qeyd edib ki, hazırkı qatarları 2019-cu ildəkilərlə müqayisə etmək düzgün deyil:
“Yeni istifadəyə veriləcək qatarlar müasir vaqonlardır və burada təqdim olunan xidmət sinifləri 2019-cu ilə qədər fəaliyyət göstərən qatarların sinifləri ilə eyni deyil. Bunlar daha yüksək komfortlu, daha müasir xidmət təqdim edən vaqonlardır. Həm xidmət, həm də rahatlıq baxımından yeni siniflər əvvəlkilərdən üstündür“.