cryptocurrency gold bitcoin laptop 730556 e1538638341457 1024x681 1

Trampın qələbəsi fonunda Bitkoin tarixi maksimumuna çatıb.

Globalinfo.az xəbər verir ki, Bitkoin 8,85% bahalaşaraq, 74200 dollara çatıb.

“Blumberq” agentliyi isə Trampın seçilməsi xəbərlərinin birjanı canlandırdığını bildirib. Belə ki, dollar 2020-ci ildən bu yana əsas valyutalara qarşı ən böyük artımını edib.

Agentlik aktivliyin daha çox investorların gözləntiləri ilə bağlı olduğunu yazıb. Məqalədə deyilir ki, onlar Tramp dönəmində vergilərin azalacağı, tariflər məsələsində düzəliş ediləcəyini gözləyir və bunun iqtisadi artıma təkan verəcəyini düşünürlər.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: