Gürcüstanın hakim partiyası Gürcü Arzusu parlamentdə 90-91 mandat alacaq.
Globalinfo.az xəbər verir ki, bunu partiyanın icraçı katibi Mamuka Mdinaradze deyib.
“Səmimi şəkildə deməliyəm ki, biz bir az daha çox gözləyirdik”, – o, vurğulayıb.
Qeyd edək ki, hazırda səslərin 69,94%-i sayılıb. İndiki nəticələrə görə, Gürcü Arzusu 52,98% səslə liderdir. Birlik – Milli Hərəkat koalisiyası – 9,08%, Dəyişiklik üçün Koalisiya 11,99% səs toplayıb.














