bred pitt

Ukraynada amerikalı aktyor Bred Pitin “Mirotvorets” adlı saytın bazasına daxil edilməsi ehtimalı müzakirə olunur.

Globalinfo.az xəbər verir ki, bu barədə “Abzats” nəşri məlumat yayıb.

Kritik reaksiyalara səbəb Pitin Fransa tennisçisi Maya Xvalinska ilə keçirilən matçdan sonra rusiyalı tennisçi Mirra Andreyevanın qələbəsinə verdiyi reaksiya olub.

Sosial şəbəkələrdə yayılan görüntülərdə Pitt matç bitdikdən sonra rusiyalı idmançını alqışlayır.

Ukraynanın bəzi istifadəçiləri və fəalları bu jesti Rusiyaya dəstək kimi qiymətləndiriblər.

Bu fonda sosial şəbəkələrdə aktyorun “Mirotvorets” bazasına salınması məsələsinin müzakirəyə çıxarılması çağırışları ortaya çıxıb.

Bununla belə, hazırda onun həmin siyahıya daxil edilməsi barədə rəsmi qərar və ya təsdiqlənmiş məlumat yoxdur.

Qeyd edək ki, “Mirotvorets” – Ukraynada fəaliyyət göstərən bir vebsaytdır və “enemies of Ukraine” (Ukraynanın düşmənləri) kimi təqdim edilən şəxslərin məlumat bazası kimi tanınır.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: