“Ermənistan Baş naziri Nikol Paşinyanla Azərbaycan Prezidenti İlham Əliyevin BRİKS+ çərçivəsində görüşü iki yaxın dostun səmimi söhbətinə bənzəyirdi”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın eks-prezidenti Serj Sərkisyanın Respublikaçılar Partiyasından olan deputat Ayk Mamicanyan deyib.
“Böyük ehtimalla bu, sülh razılaşması deyil, hakim Mülki Müqavilə Partiyasının seçkiqabağı kampaniyasının tərkib hissəsidir. Paşinyan Əliyevlə danışıqlar aparır ki, seçkiqabağı prosesdə sülh sözündən istifadə etmək haqqı qazansın. Paşinyana bundan sonra Ermənistanı nəyin gözlədiyinin fərqi yoxdur”, – o bildirib.
Əliyar Xəlil
Globalinfo.az














