mirzoyan

“Əgər “3+3”ün Azərbaycanla Ermənistan arasında danışıqlar üçün platformaya çevrilməsi təklifi olunarsa, İrəvan bunu rədd edəcək”.

Globalinfo.az xəbər verir ki, bu sözləri Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.

O, hazırda İrəvana belə bir təklifin təqdim edilmədiyini bildirib:

“Ermənistan “3+3″ün danışıqlar platforması olmasını məqsədəuyğun hesab etmir. Bizim Bakı ilə ikitərəfli formatımız var. Azərbaycanla bütün istiqamətlərdə – həm sərhədlərin liberallaşdırılması, həm sülh müqaviləsi, həm də münasibətlərin normallaşdırılması ilə bağlı danışıqlar aparılır”.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: