“Türkiyə Ermənistan və Azərbaycan arasında sülhün təmin olunmasına tam dəstəyini davam etdirəcək”.
Globalinfo.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ceyhun Bayramov, Sergey Lavrov, Abbas Araqçı və Ararat Mirzoyanla görüşündə deyib.
Ərdoğan bildirib ki, regionda baş verən hadisələrlə əlaqədar ölkələr arasında əməkdaşlığın və həmrəyliyin gücləndirilməsinə ehtiyac var. Dövlət başçısı qeyd edib ki, “3+3” platformasının institusional struktura çevrilməsi dialoq mexanizmini daha da səmərəli edəcək. Ərdoğan Türkiyənin “3+3” regional əməkdaşlıq platformasına böyük önəm verdiyini vurğulayıb.
Ərdoğan Cənubi Qafqazın simasının dəyişdiyini də diqqətə çatdırıb. Eyni zamanda vurğulayıb ki, BMT-nin İsrailə silah embarqosu tətbiq etməsi, onu dayandırmaq üçün təsirli addıma çevriləcək. Ona görə də, Türkiyə buna nail olmaq üçün bütün imkanlarını səfərbər edəcək.
Müşviq Tofiqoğlu
Globalinfo.az