Professor ata-ananın oğlu vəfat etdi

Professor ata-ananın oğlu vəfat etdi

AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun direktoru, professor Ərtegin Salamzadəyə ağır itki üz verib.

Globalinfo.az modern.az-a istinadən bildirir ki, onun oğlu Ayan Abdullayev 47 yaşında dünyasını dəyişib.

Ayan Abdullayev ürəktutmasından vəfat edib.

Qeyd edək ki, vəfat edən şəxsin anası da professordur. O, Memarlıq və İncəsənət İnstitutunun şöbə müdiridir.