İsrailin Baş naziri Benyamin Netanyahu Yəhya Sinvarın öldürülməsini “HƏMAS-sız yeni günün başlanğıcı” adlandırıb.
Globalinfo.az xəbər verir ki, Netanyahu artıq HƏMAS-ın Qəzzanı idarə edə bilməyəcəyini deyib.
“Sinvarın məhv edilməsi Qəzza xalqı üçün bir fürsətdir. Artıq qəzzalılar HƏMAS-ın zülmündən xilas olmaq şansı əldə ediblər. İsrailli girovlar geri qayıdana qədər əlimizdən gələni edəcəyik”.
Daha sonra Netanyahu Qəzzadakı mülki əhaliyə müraciət edib.
“Sinvar sizin həyatınızı alt-üst etdi. Siz onu “şir” adlandırırdınız, amma əslində qaranlıq bir yuvada gizlənirdi. Və çaxnaşma içində öz əsgərlərini qoyub qaçarkən məhv edildi. HƏMAS terrorçularına demək istəyirəm ki, liderləri onları qoyub qaçırlar, amma hamısı məhv ediləcəklər. Yalnız girovların azad edilməsi müharibənin sonunu yaxınlaşdıra bilər. Bir sözlə, fərqli gələcək qurmaq üçün böyük fürsət var”, – deyə Netanyahu vurğulayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az














