İsrailin Beyruta endirdiyi zərbə nəticəsində öldürülən “İslam İnqilabı Keşikçiləri Korpusu”nun komandir müavini Abbas Nilforuşanın cəsədi tapılıb.
Globalinfo.az xəbər verir ki, bu barədə İran Teleqram kanalları məlumat yayıb.
Bildirilir ki, generalın cənazəsi vida mərasiminin keçirilməsi və dəfn üçün İrana aparılacaq.
Xatırladaq ki, general Nilforuşan “Hizbullah”ın baş katibi Seyid Həsən Nəsrullahla birlikdə öldürülüb.
Müşviq Tofiqoğlu
Globalinfo.az