hizbullah esas

Livan parlamentindəki müxalifət fraksiyalarının liderlərindən biri Nadim Gemayel Hizbullah birləşmələrindən silahlarını Livan ordusuna təhvil vermələrini tələb edib.

Globalinfo.az xəbər verir ki, o, bu barədə Sky News Arabia telekanalına müsahibəsində deyib.

“Müxalifət BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin bütün müddəalarının yerinə yetirilməsini tələb edir. Hizbullah silahları Livan ordusuna təhvil verilməlidir”, – deyil bildirilib.

O, qeyd edib ki, Livanın suverenliyini bərpa etmək üçün yaxın həftələrdə yeni yol xəritəsi hazırlanacaq.

Paylaş: