befunky collage 2024 09 30t104210 157.thumb

Fransa yaşayan türklər və ermənilərin həvəskar komandaları “Turkuaz” – “Homenetmen” oyununda azarkeşlər arasında dava olub. 

Globalinfo.az xəbər verir ki, bu barədə Fransa KİV məlumat yayıb.

Məlumata görə, tərəflər bir-birilərinə bıçaqla xəsarət yetirməyə çalışıblar. Polis hadisə yerinə gəldikdə isə stadion boş olub, ciddi xəsarət alanın olmadığı deyilib, nəticədə heç kim saxlanılmayıb.

Lakin mübahisə zamanı iki erməni futbolçunun ağır yaralandığı və xəstəxanaya çatdırıldığı iddia edilir.

Qeyd edək ki, oyun “Homenetmen” klubunun “Turkuaz” üzərində 2:0 qələbəsi ilə yekunlaşıb.

Ayşən Mustafa
Globalinfo.az 

Paylaş: