“Mən Ermənistan Baş naziri Nikol Paşinyanın Azərbaycanla münasibətlərin normallaşmasına müsbət yanaşdığını gördüm”.
Globalinfo.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda BMT-nın 79-cu sessiyası çərçivəsində Ermənistan Baş naziri Nikol Paşinyanla baş tutmuş görüşündən danışıb.
O bildirib ki, konflikt iki ölkə arasında danışıqlar yolu ilə həll edilə bilər.