Türkiyə NATO-dan çıxır? – Ərdoğan belə cavab verdi

Türkiyə NATO-dan çıxır? - Ərdoğan belə cavab verdi

“Türkiyənin “BRIKS” və “ASEAN” kimi təşkilatlara mümkün üzvlüyü NATO-dan çıxacağı anlamına gəlməməlidir”.

Globalinfo.az xəbər verir ki, bunu Türkiyə lideri Rəcəb tayyib ərdoğan deyib.

O bildirib ki, Həmin təşkilatlar NATO-ya alternativ deyil, əksinə, yeni iqtisadi əməkdaşlıq imkanları yaradır.

“BRİKS və ASEAN bizim iqtisadi əməkdaşlığımızı yaxşılaşdırmaq üçün xüsusi imkanlar təklif edən strukturlardır. Bu strukturlarda iştirak NATO-dan imtina demək deyil. Biz hesab etmirik ki, bu müttəfiqlik və əməkdaşlıq bir-birinə alternativdir”, – deyə Ərdoğan vurğulayıb.

Qeyd edək ki, NATO üzvü olan Türkiyə son aylarda Çin və Rusiyanın da daxil olduğu BRİKS və Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) qoşulmaqda maraqlı olduğunu bildirib. Ankara həmçinin Cənub-Şərqi Asiya ölkələrinin ASEAN qrupu ilə əlaqələri dərinləşdirməyə çalışır.

Müşviq Tofiqoğlu
Globalinfo.az