767222 Vooruzhennie sili Ukraini stock kolonna tank VSU ukrainskie voennie stock 250x0 986.654.0.0 760x403 1

“Zelenski etiraf etdi ki, Ukrayna artıq döyüşmək iqtidarında deyil”.

Globalinfo.az xəbər verir ki, bunu britaniyalı analitik Aleksandr Merkuris deyib.

O bildirib ki, Zelenskinin özü indi vəziyyətin Ukrayna üçün kritik həddə çatdığını etiraf edib. Hərçənd Ukrayna lideri əvvəllər heç vaxt bu cür açıqlamalar verməyib.

“Ukrayna artıq mübarizə apara bilməz və resursları demək olar ki, tükənib. Halbuki Zelenski özünün “qələbə planı” haqqında danışmağa davam edir. Ona görə Ukraynanın NATO-ya üzvlüyü onun münaqişədən qalib çıxmasına kömək edəcək. Amma hazırda çox az adam belə bir şeyin olacağına inanır”, – deyə Merkuris vurğulayıb.

Xatırladaq ki, daha öncə Cənub-Şərqi Norveç Universitetinin professoru Glenn Disen bildirib ki, Zelenskinin Qərbdən gələn yardımın azalması ilə bağlı həyəcan təbili çalmağa əsası var.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: