Ukrayna prezidenti Volodimir Zelenski Rusiya ərazisinə uzaqmənzilli zərbələrin endirilməsinin vacibliyini açıqlayıb.
Globalinfo.az xəbər verir ki, o, bu barədə teleqram kanalında yayımladığı bəyanatında bildirib.
Zelenskinin sözlərinə görə, Moskva maddi-texniki təchizatsız qalmalıdır və bu tip zərbələr Rusiyanın hücumlarına qarşı cavab tədbiri kimi zəruridir.
Ukrayna lideri həmçinin Rusiyanın Ukrayna ərazisinə davamlı hücumları fonunda Kiyevin daha çox hava hücumundan müdafiə sistemlərinə ehtiyac duyduğunu bildirib. O, Qərb tərəfdaşlarının dəstəyinin artırılmasının vacibliyini vurğulayıb və Rusiyaya qarşı sanksiyalar üçün onlara təşəkkür edib.
Tahir Turan
Globalinfo.az