996644c4 1a7b 3664 84b4 0a61dd24b408 850

“Ukraynanın NATO-ya daxil olmaq istəyi tələsən məsələ deyil”.

Globalinfo.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “NBC News”a müsahibəsində deyib.

O bildirib ki, ABŞ və Qərb Alyansının digər üzvləri Ukraynanın NATO-ya daxil olmasını istəmir.

“Bu məsələlərdə tələsmək olmaz. Biz qərarlar qəbul edərkən hər zaman digər NATO-ya üzv dövlətlərin mövqeyini nəzərə alırıq. Mümkün məsələləri danışıqlar masası arxasında müzakirə edir və onlara uyğun olaraq yekun qərarı veririk”.

Ərdoğanın sözlərinə görə, o, alyansın digər üzvlərinin də mövqeyini nəzərə alacaq.

“Biz hadisələri və müzakirələrin gedişatını izləyəcəyik və buna uyğun olaraq yekun qərarı verəcəyik. Bunlar tələsik verilməli olan qərarlar deyil”, – deyə Türkiyə lideri vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: