66f3164c72a1766f3164c72a18172720698866f3164c72a1466f3164c72a15

23:30    24.09.2024

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.Görüş Amerika Birləşmiş Ştatlarının (ABŞ) Nyu-York şəhərindəki “Türkevi”ndə baş tutub.

***
Görüş zamanı iki ölkə arasında münasibətlərin normallaşması və Ermənistanla Azərbaycan arasında davam edən sülh prosesləri müzakirə olunub.

Prezident Ərdoğan, Türkiyənin yeni mərhələdə Azərbaycan və Ermənistan arasında daimi sülhün təmin edilməsinə dəstək verdiyini və bu istiqamətdə səylərin davam etdirildiyini vurğulayıb.

Türkiyə lideri, Ankara ilə İrəvan arasında ilkin şərtlər irəli sürmədən normallaşma prosesində mühüm irəliləyişlərin əldə olunduğunu qeyd edərək, dialoqun davam etdirilməsinə səmimi dəstək göstərməyə hazır olduğunu ifadə edib.

IMG 20240925 000905 585
66f3164c4ebaa66f3164c4ebab172720698866f3164c4eba866f3164c4eba9

Paylaş: