66f2eeedd276e66f2eeedd276f172719690966f2eeedd276a66f2eeedd276c 1

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ABŞ-da BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində maltalı həmkarı, ATƏT-in fəaliyyətdə olan sədri İan Borq ilə görüşüb.

Globalinfo.az xəbər verir ki, bu barədə C.Bayramov X səhifəsində paylaşım edib.

“Azərbaycan-Malta əməkdaşlığı, Azərbaycan-ATƏT münasibətləri, münaqişədən sonrakı regional inkişaf və COP29-a hazırlıqla bağlı fikir mübadiləsi aparıldı”, – paylaşımda vurğulanıb.

***

“Yunanıstanın xarici işlər naziri George Gerapetritis ilə məhsuldar görüş oldu.”

Globalinfo.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov öz “X” hesabında deyib.

O bildirib ki, görüş zamanı regional çoxölçülü əməkdaşlığın əhəmiyyətini nümayiş etdirən birgə iqtisadi və enerji təşəbbüsləri müzakirə olunub.

Ceyhun Bayramov yunanıstanlı həmkarı ilə görüşübCeyhun Bayramov yunanıstanlı həmkarı ilə görüşüb

Paylaş: