“Qərbdən səsləndirilən heç bir bəyanat Ermənistanı müdafiə etməyəcək”.
Globalinfo.az xəbər verir ki, bunu erməni politoloq Artur Xaçikyan deyib.
“Ermənistan rəhbərliyinin daimi güzəştləri heç nəyə gətirib çıxarmadı. Praqa bəyanatının imzalanması ilə Qarabağ Azərbaycana verildi və bu, üçtərəfli bəyanatın sonunun başlanğıcı oldu”, – o bildirib.
Xaçikyan bundan sonra üçtərəfli bəyanatın şərtlərinin icra olunacağına inanmadığını bildirib:
“Hadisələr ona görə gətirib çıxarıb ki, üçtərəfli bəyanat artıq mövcudluğunu itirdi”.
Əliyar Xəlil
Globalinfo.az















