kopirkinn

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin İran-Ermənistan sərhədində Federal Təhlükəsizlik Xidməti (FTX) Sərhədyanı İdarəsinin 127-ci dəstəsini ziyarət edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiyanın Ermənistandakı səfirliyi məlumat yayıb.

Səfirin dəstəsinin rəisinin polkovnik A.Şerbakovla görüşdüyü bildirilir. Polkovnik səfiri gələn ilə fəaliyyətin 70-ci illiyi qeyd olunacaq dəstənin tarixi və gördükləri işlə tanış edib. Onlar “Bütün nəsillərin sərhədçiləri” abidəsinin önünə gül qoyublar.

Xatırladaq ki, Ermənistanın İran və Türkiyə ilə dövlət sərhədlərini FTX mühafizə edir. Yaxın günlərdə Ermənistan parlamentinin sədri Alen Simonyan Rusiya sərhədçilərinin ölkədən tamamilə çıxarılması ilə bağlı məsələyə baxılacağını açıqlayıb.

Paylaş: