Ermənistan Silahlı Qüvvələrinin yük maşınları ilə haubitsalar daşıdığı ortaya çıxıb.
Globalinfo.az xəbər verir ki, bununla bağlı erməni teleqram kanallarında görüntülər paylaşılıb.
Videolarda çox sayda haubitsanın yük maşınlarından ibarət karvanla daşındığı görünür. Lakin texnikanın hansı əraziyə aparıldığı məlum deyil.














