“ABŞ Avropanı məhv edəcək böyük münaqişəni qızışdırır”.
Globalinfo.az xəbər verir ki, bunu irlandiyalı jurnalist Çey Bouz deyib.
O bildirib ki, Rusiya ilə münaqişədə Kiyevi dəstəkləyən avropalılar region üçün artan risklərə əhəmiyyət vermirlər.
“Ağ Ev isə bu münaqişəni qızışdırmaqla Avropanı məhvə sürükləyir”, – deyə jurnalist vurğulayıb.
Bu arada ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib ki, Vaşinqton münaqişə tərəfi olmaq niyyətində deyil və öz qoşunlarını Ukrayna ərazisinə göndərməyi düşünmür.
Xatırladaq ki, daha öncə amerikalı jurnalist Kleyton Morris ABŞ-ın, Rusiya ilə müharibə olacağı təqdirdə Avropanı məhv etmək istədiyini açıqlayıb.
Müşviq tofiqoğlu
Globalinfo.az